İyulun 21-da "Azərbaycan üçün Öyrət" təhsil proqramı çərçivəsində artıq üçüncü ildir ki, həyata keçirilən "Təhsil Avtobusu - 2018" Yay Məktəbinin növbəti tədbiri Şəmkir şəhərində keçirilib.
Açılış mərasimində layihənin təşkilatçı şirkətlərindən "ENGİN" şirkətinin nümayəndəsi, Kapital Bankın Şəmkir filialının nümayəndəsi, “Ekspo 2025 Bakı” layihəsinin nümayəndələr, Zəka Gənclər Mərkəzinin nümayəndəsi, Qaranüy modul tipli məktəbinin və orta məktəblərin şagirdləri iştirak ediblər.
Bildirilib ki, "Təhsil Avtobusu - 2018" Yay Məktəbinin məqsədi bölgələrdəki modul tipli və orta məktəblərinin şagirdlərinin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artımasına şərait yaratmaqdır.
İyulun 17-dən 23-dək davam edən "Təhsil Avtobusu - 2018" Yay Məktəbi Bakı-Quba-Masallı-Şəmkir-Şəki-Qəbələ-Bakı marşrutu üzrə səyahət edəcək. Yay Məktəbi çərçivəsində ölkənin 5 bölgəsindəki modul tipli və orta məktəblərinin məktəblərinin akademik göstəriciləri zəif və orta olan 7-8-9-cu sinif şagirdləri hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçiriləcək fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edəcək.
Diqqətə çatdırılıb ki, Təhsil Nazirliyinin təşkilatçılığı, “Engin” LTD MMC, “Kapital Bank”, “Ekspo 2025 Bakı” layihəsinin əsasdəstəyi, “Bakcell”, “GoldenPay”, “Microsoft Azərbaycan” və “PAŞA Sığorta” şirkətlərinin dəstəyi, “1News.az”, “Azərbaycan İntellektual Klublar Assosiasiyası”, “ARB TV”, “ASAN xidmət”, “Bir” Tələbə-Könüllü proqramı, “Code Tusi”, “Edumap” Təhsil portal, “Edutainment.az”, “Engineering for kids”, “SABAH” qrupları, “Şərq-Qərb” ASC, “Təhsil TVvə “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində həyata keçirilir.
Yay Məktəbində "Mənim uğurlu karyeram", “Kommunikasiya”, “Robotlarla iş", "Sığorta” və "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib. Təlimlər və oyunlarda fəal iştirak edən şagirdlər sertifikatla təltif olunublar.
Növbəti Yay məktəbi Şəki şəhərində keçiriləcək.