“İngilis dili müəllimlərin klubu” yay düşərgəsi layihəsi çərçivəsində müəllimlərin (iştirakçıların) seçimi prosesinə artıq başlanılıb.
İyulun 4-də Şəmkir Heydər Əliyev Mərkəzində layihənin məlumatlandırma sessiyası təşkil edilib və ingilis dili müəllimlərinə layihənin məqsədi və layihə çərçivəsində görüləcək işlər, seçim kriteriyaları və müraciət forması haqqında məlumat verilib. Qeyd edək ki, iştirakçıların seçimi prosesi elektron müraciətlər əsasında həyata keçiriləcək və layihədə iştirak etmək istəyən Şəmkirli müəllimlər elektron ərizə formalarını Şəmkir Təhsil şöbəsinin rəsmi internet səhifəsinə daxil olaraq göndərə bilərlər.
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində həyata keçirilir və layihənin keçirilməsində əsas məqsəd yay tətili müddətində İngilis dili müəllimlərinin xarici dildə ünsiyyət və tədris etmə bacarıqlarının zənginləşdirilməsi nəticəsində birbaşa və dolayı yolla şagirdlərin ingilis dilində ünsiyyət bacarıqlarının inkişaf etdirilməsinə nail olmaqdır.
Seçilmiş müəllimlər təşkil ediləcək düşərgə çərçivəsindəmüxtəlif mövzular üzrə təlimlər və workshop-larda, gəzintilərdə iştirak etmək hüququ qazanacaqlar.
Elektron müraciət üçün link :https://goo.gl/6Rrcdk