26.06.2018

Azərbaycan Ordusunun 100 yaşını məktəblilər hərbiçilərlə birlikdə qeyd edib.

İyunun 26-da Azərbaycan Ordusunun 100 yaşını məktəblilər hərbiçilərlə birlikdə qeyd edib.

İ. Məmmədov adına Qapanlı kənd, C. Bayramov adına Qaracəmirli kənd, Ə.Cəlil adına Zəyəm qəsəbə və Düyərli kənd 2 saylı tam orta məktəbinin müəllim və şagirdləri N saylı hərbi hissədə hərbiçilər üçün bayram tədbiri təşkil ediblər.

Bayram tədbirində məktəblilər musiqili proqramla çıxış edərək, rəqs və maraqlı flashmob nümayiş etdiriblər. Məktəblilərin ifasında həmçinin hərbi vətənpərvərlik ruhunda olan şeirlər səsləndirilib.


Açar sözlər: ,