02.06.2018

“Banislər və Varislər” adlı elmi-praktiki konfrans keçirilib

İyunun 2-də Şəmkir Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Banislər və Varislər” adlı elmi-praktiki konfrans keçirilib.

Konfransda Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, millət vəkili Sona Əliyeva, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki baş konsulu Orxan İşık, Yeni Azərbaycan Partiyası Mərkəzi aparatının məsul işçisi Rafael Gülməmmədov, YAP Şəmkir, Göygöl, Samux, Gədəbəy təşkilatlarının sədrləri, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin Şəmkir rayonunda səfərdə olan üzvləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, Tarix inistutunun alimləri, KİV-lərin, geniş ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Konfransdan əvvəl Şəmkir Heydər Əliyev Mərkəzinin foyesində AMEA-nın tarix institutunun araşdırmaları olan kitablardan ibarət sərginin açılışı olub. Tədbir iştirakçıları sərgidə tariximizi əks etdirən fotolar və kitablarla tanış olublar. Qeyd edək ki, AMEA-nın tarix institutu həmin kitabları Şəmkir Rayon İcra Hakimiyyətinə hədiyyə edib. Kitablar ilin sonuna kimi Şəmkir Heydər Əliyev Mərkəzinin foesində sərgilənəcək.

Konfranı giriş nitqi ilə açan Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qonaqları salamlayıb, bayram münasibətilə bütün Azərbaycan xalqını və konfrans iştirakçılarını təbrik edib.

Konfransda Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov geniş məruzə ilə çıxış edib.

Akademik Yaqub Mahmudov çıxışının sonunda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova AMEA-nın tarix institute tərəfindən hazırlanmış kitablar hədiyyə edib.

Millət vəkili Sona Əliyeva da çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində və türk dünyasında ilk parlamentli respublika olmaqla, insan hüquq və azadlıqlarının bərqərar olmasının önəmindən danışıb.

Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki baş konsulu Orhan İşık isə çıxışında Türkiyə və Azərbaycan xalqları hər zaman bir-birinin yanında olmasını xüsusi vurğulayıb: “Çox şadam ki, belə bir möhtəşəm tədbirdə iştirak edirəm. Konfransda danışlınlar, tarixi faktlar və nümayiş olunan görüntülər bizə həmin tarixin Azərbaycan xalqı üçün nə qədər dəyərli olduğunu göstərdi. Belə gözəl günlərdə Azərbaycanın yanında olmaqdan qürur hissi duyuruq”.

Tədbirdə məktəblilərin ifasında Azərbaycan Respublikasının Dövlət Himni kompozisiya şəkilində təqdim olunub. Şagirdlərin ifasında “Hardan başlayır vətən ?” şeiri səsləndirilib.


Açar sözlər: ,