Mayın 8-də Şəmkir rayon Təhsil Şöbəsi və "Böyük Yol" Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 95-ci ildönümü münasibətilə məktəbli qızlar arasında voleybol yarışı keçirilib.
Yarşın keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı daha da artırmaq, məktəblər arasındakı əməkdaşlığı genişləndirmək və məktəbli qızlar arasında voleybol idman növünü təbliğ etməkdən ibarətdir.
Yarşıda Şəmkir rayonunun ümumtəhsil məktəblərindən 4 komanda mübarizə abarıb.
Mübarizənin sonunda Zəyəm qəsəbə 2 saylı tam orta məktəbin komandası I yerin qalibi olaraq kubokun sahibi olub. N.Gəncəvi adına şəhər tam orta məktəb II yerdə, Düyərli kənd 2 saylı tam orta məktəb isə III yerdə qərarlaşıb.