10.05.2018

Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş konsert

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar məktəblilərin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mükafatçısı Çaparlı kənd 2 saylı tam orta məktəbin XI sinif şagirdi Aynur Məmmədova dahi siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş nitiqini söyləyib.

Daha sonra tədbir konsert proqramı ilə davam edib. Konsert tədbirinə Şəmkir rayonunun müxtəlif məktəblərini təmsil edən 600- yaxın şagird cəlb edilib. Məktəblilərin ifasında Ulu öndərin həyat və yaradıcılığına həsr olunmuş kompozisiyalar səsləndirilib. Tamaşaçılar məktəblilərin hazırladıqları kompozisiyaları ayaq üstə alqışlayıblar.

Tədbirin sonunda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək, müasir Azərbaycanın memarı Heydər Əliyevin ölkəmizin inkişafı üçün gördüyü mühüm işlərdən geniş bəhs edib, bu dahi şəxsiyyətin dövlətçiliyimizin möhkəmləndirilməsində əvəzsiz xidmətlərindən danışıb. Məktəblilərdən ibarət təhsil işçilərinin hazırladığı tədbiri yüksək səviyyədə olduğunu qeyd edərək, ümummili liderin əsasını qoyduğu təhsil siyasətinin bu gün ölkə Prezidenti cənab  İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.