03.05.2018

Şəhidin adını daşıyan məktəbdə anım tədbiri keçirilib

Mayın 3-də Sərxan kənd tam orta məktəbdə məktəbin adını daşıyan, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Qalib Mirzəməmmədovun anıb tədbiri keçirilib. Tədbirdə Qarabağ müharibəsi veteranları, şəhidin ailə üzvləri və məktəbin pedaqoji heyəti iştirak ediblər.

Əvvəlcə iştirakçılara şəhid Qalib Mirzəməmmədovun həyat yolunu əks etdirən qısa məlumat verilib.

Daha sonra Sərxan kənd tam orta məktəbinin şagirdləri vətənpərvərlik mövzusunda şeir kompozisiyaları və mahnıları ilə çıxış ediblər. Məktəbin ibtidai sinif şagirdləri hərbi geyimdə “Cənab leytenant” musiqisinin sədaları altında həzin rəqs ediblər.

Sonda şəhidin qardaşları çıxış edərək, tədbirin təşkilatçılarına və iştirakçılarına ailə üzvləri adından təşəkkürlərini bildiriblər.


Açar sözlər: ,