01.05.2018

Cümhuriyyətin 100 illik yubileyinə həsr olunmuş intellektual bilik yarışı keçirilib

Mayın 1-də Qaracəmirli kənd Cəlil Bayramov adına 2 saylı tam orta məktəbdə Cümhuriyyətin 100 illik yubileyinə həsr olunmuş intellektual bilik yarışı keçirilib. Yarış məktəb rəhbərliyi və müəllimlər tərəfindən təşkil edilib.

Yarışın əvvəlində dövlət himninin səsləndirilməsindən sonra məktəbin direktoru Xəyal Nəsibov çıxış edərək, cümhuriyyət tarixində qısa söz açıb, ardınca oyunun şərtləri oyunçulara izah edilib.

Bu cür yarışların keçirilməsi məktəblilərin Azərbaycanın şanlı tarixi haqqında daha ətraflı məlumatlandırılaması, eyni zamanda, gənclərin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədi daşıyır.

Yarışda ümumilikdə 5 komanda mübarizə aparıb. Hər komandada 6 iştirakçı olub.

Yarış üç turda keçirilib. Hər turda cümhuriyyətin tarixi fəaliyyəti və ümumi fənn blokuna aid 10 sual səsləndirilib.

Qalib komanda turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edilib. Gərgin mübarizə şəraitində keçən yarışmada məktəbin “Bakı” komandası digər komandaları üstələyərək qalib olub.

Sonda yarış təşkilaçıları məktəblilərin marağını nəzərə alaraq auditoriyada əyləşən şagirdlər üçün əlavə stimul verici sorğu-sual təşkil ediblər.


Açar sözlər: ,