27.04.2018

Şiştəpə kənd tam orta məktəbilə pedoqoji əməkdaşlıq yaradılıb

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21 nömrəli “Pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması“ barədə əmrinə əsasən Şəmkir rayon Şiştəpə kənd tam orta məktəbi ilə Tovuz rayon Azaflı kənd tam orta məktəbi arasında əməkdaşlıq yaradılıb. Azaflı kənd tam orta məktəbinin kollektivi Şiştəpə kənd tam orta məktəbinə səfər ediblər.

Tədbirlər planına əsasən qonaqlar ayrı-ayrı siniflərdə müxtəlif mövzularda açıq dərsləri dinləyiblər. Dərslərin sonunda dərsin motivasiyası, onun gedişi, şagirdlərin fəallığı, hazırcavablığı dinləyicilər tərəfindən müzakirə edilib.

Qeyd edək ki, növbəti günlərdə Şəmkir rayon Şiştəpə kənd tam orta məktəbin kollektivi “Pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması“ məqsədi ilə Tovuz rayon Azaflı kənd tam orta məktəbə səfər etməsi nəzərdə tutulub.


Açar sözlər: ,  ,