25.04.2018

Məktəblilərarası “100 illik İstiqlal” başlığı altında intellektual turnirə start verilib.

Aprelin 25-də Nizami Gəncəvi adına tam orta məktəbdə məktəblilərarası “100 illik İstiqlal” başlığı altında intellektual turnirə start verilib. Turnir Şəmkir rayon Təhsil Şöbəsi və "Böyük Yol" Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xəmsə Milli İntellektaul Oyunları formatında keçirilir.

Yarışın keçirilməsində məqsəd şagirdlərin Azərbaycan tarixi haqqında daha ətraflı məlumat əldə etmələrini təmin etmək, eyni zamanda gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılmasınına dəstək olmaqdır.

Turnir Şəmkir rayonunun 16 ümumtəhsil məktəblərini əhatə edərək, ümumilikdə 64 komandanın iştirakı ilə həyata keçiriləcək.

Qeyd edək ki, Məhəmməd Füzuli adına tam orta məktəbin şagirdləri arasında keçirilmiş ilk turnirdə "Alfa" komandası qalib olaraq yarımfinala vəsiqə qazanıb.


Açar sözlər: