20.04.2018

Riyaziyyat fənnindən bilik yarışı keçirilib

Aprelin 20-də Qasım İsmayılov kənd Sahib Əliyev adına tam orta məktəbin 7-ci sinif şagirdləri arasında riyaziyyat fənnindən bilik yarışı keçirilib.

Yarışda ümumilikdə 2 komanda mübarizə aparıb. Hər komanda 6 iştirakçı ilə təmsil olunub.

Yarış 4 turda keçirilib. Hər turda şagirdlərə  riyaziyyatla bağlı təfəkkür, məntiqi inkişafa əsaslanan təfəkkür, gündəlik həyatda riyaziyyat mövzusundan ibarət 5 sual səsləndirilib.

Qalib komanda turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edilib. Gərgin mübarizə şəraitində keçən yarışmada qalib komanda 7a sinfinin komandası olub.

Məktəbin riyaziyyat fənn müəllimləri Gülmira Ələkbərova və Zəmanə Məmmədovanın təşkilatçılığı ilə həyata keçirilən bu yarış şagirdlərin riyazi biliklərini inkişaf etdirməklə, eyni zamanda gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədi daşıyır.

Xatırladaq ki, keçirilən bilik yarışmasında məktəbin digər sinif şagirdlərinin iştirakı ilə “Rəqəmlərin və qiymətlərin söhbbəti” adlı maraqlı səhnəciklər göstərilib. Hər turun ardından şagirdlərin ifasında şeir və musiqi səsləndirilib.

Sonda yarışmada xüsusi fərqlənən şagirdlərə hədiyyələr təqdim olunub.


Açar sözlər: ,  ,