Aprelin 6-da Şəmkir Rayon Təhsil Şöbəsi və Şəmkir Heydər Əliyev Mərkəzinin birgə əməkdaşlığı ilə keçirilən “Açıq dərs” layihəsinin növbəti dərsi keçirilib. Dərsin mövzusu "Aprel döyüşləri-şanlı tariximiz" olub.
Dərsdən əvvəl məktəblilər mərkəzlə tanış olublar. Bu dəfəki dərsdə müəllim qismində Gənc Müəllimlər Birliyinin üzvü Nəriman Əhmədov çıxış edib. Açıq dərsdə Şəmkir rayon Kür qəsəbə İ.Aznaurov adına 1 saylı tam orta məktəb və H.Z.Tağıyev adına 2 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər.
Nəriman Əhmədov şagirdlərə Aprel döyüşlərində əldə etdiyimiz böyük zəfərdən söz açıb. Dərsdə şagirdlərə aprel döyüşlərinin hərəkət istiqaməti və işğaldan azad olunmuş torpaqlarımızın sərhədləri nümayiş olunub.