31.03.2018

Soyqırım Gününə həsr olunmuş anım mərasimi

Martın 31-də Şəmkir Şəhidlər Xiyabanında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə  həsr olunmuş anım mərasimi keçirilib.

Tədbir zamanı Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Bildirilib ki, 100 il öncə erməni daşnakları tərəfindən xalqımızın başına müsibətlər gətirilib. Erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edib, əhalini uşaqdan böyüyədək qətlə yetiriblər.

Anım tədbirində rayon məktəblilərinin hazırladığı soyqırım gününə  həsr olunmuş ədəbi-bədii kompozisiyalar təqdim olunub.


Açar sözlər: ,