29.03.2018

TED layihəsi formatında "Müəllim təcrübəsini paylaşır" adlı yeni layihəyə start verilir

Şəmkir Gənc Müəllimlər Birliyi və Şəmkir Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə dünyada minlərlə insanın fikir platforması olan TED layihəsi formatında “Müəllim təcrübəsini paylaşır” adı altında yeni layihəyə start verilir.

Layihənin əsas məqsədi istedadlı, bacarıqlı, öz ağlı və biliyi hesabına uğur əldə etmiş gənc müəllimlərimizə özlərini tanıtmaq, bacarıqlarını paylaşmaq imkanı qazandırmaqla təhsil sahəsində olan bilik və təcrübələrinin inkişaf etdirilməsinə nail olmaqdır.

Layihə çərçivəsində ilk görüş martın 30-da Heydər Əliyev Mərkəzində baş tutacaq. Gənc müəllimlərdən təşkil olunan ilk spikerlər təhsil sahəsində aktual olan mövzu ətrafındakı təcrübələrini paylaşacaqlar.

Qeyd edək ki, TED layihəsi formatında həyata keçirilən tədbirlər ayda azı 1 dəfə olmaqla əvvəlcədən planlaşdırılmış vaxta təşkil ediləcək.