17.03.2018

Məktəbdə yaşıllaşdırma aksiyası keçirilib

Ətraf mühitin mühafizəsi və təbiətin qorunması məqsədi ilə Qaracəmirli kənd Cəlil Bayramov adına 2 saylı tam orta məktəbdə yaşıllaşdırma aksiyası keçirilib.

Aksiyanın əsas məqsədi məktəbliləri ekoloji təmiz qida ilə təmin etmək, həmçinin məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasıdır.

Aksiyada iştirak edən müəllimlər və məktəblilər məktəbin həyətyanı sahəsində ümumilikdə 35 ədəd alma, armud, heyva, gavalı, gilas və alça ağacları əkiblər.


Açar sözlər: ,  ,