20.03.2018

Novruz bayramı münasibətilə keçirilən rayon tədbirindən foto anlar

Respublikanın hər yerində olduğu kimi Şəmkir rayonunda da Novruz bayramı şənliyi qeyd olunub. Rayon tədbirində hər il olduğu kimi bu il də məktəblilər fəal iştirak ediblər.

Bayram tədbirində məktəblilərin və rayon gənclərinin  ifasında  Novruz bayramının adət-ənənələrini özündə əks etdirən səhnəciklər təqdim edilib, milli rəqslərimiz ifa olunub, uşaqlar Kosa və Keçəl ilə birgə rəqs edib, mahnı oxuyublar.

 


Açar sözlər: