25.02.2018

Məktəblilər Xocalı faciəsinin 26-cı ildünümünü hərbiçilərlə birlikdə anıblar

Fevralın 25-də cəbhə bölgəsində yerləşən N saylı hərbi hissədə Zəyəm-Cırdaxan kənd tam orta məktəbinin bir qrup şagirdi məktəbin ibtidai sinif müəllimi Lamiyə Məmmədovanın təşkilatçılığı “Xocalı qan yaddaşımız” adlı tədbir keçiriblər.

Əvvəlcə, Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilərək, faciə haqqında qısa məlumat verilib.

Tədbirin davamı şagirdlər tərəfindən hazırlanmış Xocalı soyqırımından bəhs edən kompozisiyaları nümayiş etdirməklə keçirilib. Şeir, səhnə və musiqinin yer aldığı kompozisiyalarda məktəblilər hərbiçilərə həmin günün ağrısını birdaha yaşadaraq, Vətən uğurunda hər zaman möhkəm olmağa səsləyiblər.

Tədbirin sonunda, “igid əsgər möhkəm dayan” mahnısı ilə məktəblilər hər zaman güclü Azərbaycan ordusu ilə birlikdə və bir yerdə olduqarını və Azərbaycan ordusunun günü bu gün işğal altında olan torpaqları düşməndən azad edə biləcək gücə sahib olduğunu diqqətə çatdırıblar.


Açar sözlər: ,  ,