21.02.2018

"Məktəbin təqdimatı" layihəsinə start verilib

Fevralı 21-də Sahib Əliyev adına Qasım İsmayılov kənd tam orta məktəbdə “Məktəbin təqdimatı” keçirilib.

Təqdimatda Şəmkir İcra Hakimiyyətinin, Rayon Təhsil Şöbəsinin rəhbər və əməkdaşları, məktəblilər və kənd ictimaiyyəti iştirak edib.

İlk olaraq məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olan tədbir iştirakçıları daha sonra məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Əsli Abdullayevanın açıq dərsində iştirak ediblər. 21 fevral Beynəlxalq ana dili gününə təsadüf edən açıq dərsin mövzusu “Ana dilim” olub. Açıq dəsrsdə ayrı-ayrı şair, yazıçı və ailmlərin Azərbaycan dili haqqında söylədikləri dəyərli fikir və yazdıqları rəngarəng şeirlər səsləndirilib.

Məktəbin təqdimatı bundan sonra məktəbin akt zalında davam edib. Burda şagirdlərin hazırladıqlar şeir kompozisiyaları, səhnəciklər, səsləndirdiklər nəğmələr dinlənilib. Akt zalında yekunlaşdırılan təqdimatın ardından tədbir iştirakçıları məktəbin idman zalında keçirilən “Şən startlar” əyləncəli idman yarışını izləyiblər.

Tədbirin sonunda iştirakçılar məktəbli qızların hazırladıqları Azərbaycan milli mətbəxindən olan şirniyyat növlərinin düzüldüyü çay süfrəsinə qonaq ediliblər.

Sonda Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək, məktəbin və təhsilin cəmiyyət həyatında çox vacib yer daşıdığını qeyd edib. Bu gün ölkə rəhbərliyi tərəfindən məktəbdə yaradılan şəraitdən maksimum faydalanıb təhsilə önəmli töhfə verdiyi üçün məktəbin pedaqoji heyətinə və şagirdlərinə minnətdarlığını bildirib.

Qeyd edək ki, “Məktəbin təqdimatı” rayonun digər məktəbləri üçün də keçirilməsi nəzərdə tutulub.


Açar sözlər: ,  ,