15.02.2018

"Oxu saatı" layihəsinə start verilib

Fevralın 15-də Gənc Müəllimlər Birliyinin (GMB) təşəbbüsü ilə "Oxu saatı" layihəsinə start verilib.

İlk "Oxu saatı" GMB-nin üzvü ingilis dili müəllimi Niyazi  Səfərovun təşkilatçılığı ilə Qasım İsmayılov kənd Sahib Əliyev adına tam orta məktəbdə keçirilib.

Layihənin həyata keçirilməsində əsas məqsəd uşaqlarda mütaliə vərdişlərinin formalaşdırılması, onların kitablara maraqlarının artırılmasına və oxu vərdişlərinin inkişafına nail olmaqdır.

Əvvəlcə şagirdlərə onların maraq dairəsinə uyğun olan müxtəlif mövzularda kitablar paylanılıb. Kitabların oxunması üçün məktəblilərə 1 saat vaxt təyin olunub.

Layihə çərçivəsində “Oxu saatı” nın bundan sonra rayonun digər ümumi təhsil məktəblərində də mütəmadi keçirilməsi nəzərdə tutulub.


Açar sözlər: ,