İstedadlı şagirdlərə dəstək olmaq məqsədi ilə Şəmkir Rayon Təhsil Şöbəsi tərəfindən “Məktəbin Uğuru” layihəsi çərçivəsində keçirilən “Məktəbli yazar” müsabiqəsinin qalibi məlum olub.
Müsabiqənin qalibi Qaracəmirli kənd Cəlil Bayramov adına 2 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Arif Vəliyevdir. Arifin müsabiqəyə təqdim etdiyi “26 favral” şeiri təşkilatı komitə tərəfindən qalib seçilib.
Gənc yazara dəstək məqsədilə Gənc Müəllimlər Birliyinin üzvü Nahid Məmmədovun təşkilatçılığı ilə müsabiqəsinin qalibi Arif Vəliyev üçün Şəmkir Heydər Əliyev Mərkəzində təqdimat günü keçirilib. Təqdimatda rayon təhsil şöbəsinin məsul işçiləri, müəllimlər, şagirdlər və rayonun fəal gəncləri iştirak ediblər.
Məktəbli Arifin “Ana”, “Şəmkirli qız”, “26 fevral” və s. şeirlərindən ibarət kompozisiyalar onun məktəbli dostları tərəfindən söylənilib. Tədbirdə şagirdlərin ifasında piano, tar, qarmon və saz alətlərində musiqi nömrələri səsləndirilib.
Daha sonra mətbuat konfransı formatında davam edən görüşdə iştirakçılar Arifə maraqlı suallar veriblər.
Qeyd edək ki, tədbirdə ayın qalibi nominasiyası və hədiyyəsi Şəmkir Rayon Təhsil Şöbəsinin məsul şəxsləri tərəfindən Arif Vəliyevə təqdim olunub.