08.02.2018

"Mən dünyanı xilas edəcəm" adlı təlim keçirilib

Kür qəsəbə İsgəndər Aznaurov adın 1 saylı tam orta məktəbdə “Mən dünyanı xilas edəcəm” başlığı altında müzakirə xarakterli təlim keçirilib.

Təlimin məqsədi şagirdlərə üzləşilən problem və krizlər zamanı, həmçinin uğursuzluğa düçar olduqda motivasyalarını qorumaq və potensiallarından maksimum istifadə etməklə bu halnın daim saxlamaq və davamlı olaraq gücləndirmək üçün sadə amma effektli metod, alət və strategiyaları aşılamaqdır.

Təlim rəhbəri və təşkilatçısı Cavid Məmmədov şagirdləri “iradənin gücləndirmənin yolları”, neqativ enerjili insanlarla münasibət”, “meditasiya”, “sürətli və yavaş düşünmə mexanizmi”, “çərçivələnmə, nümayəndəlik və sonradan anlama effektləri” və “uğurlu insanla uğursuz insan arasındakı fərq” mövzusundakı başlıqlarla məlumatlandırıb.

Müzakirə formatında davam edən təlimdə məktəblilərlə birlikdə maraqlı beyin oyunları və əyləncəvi suallar səsləndirilib.

Sonda təlimdə fəal iştirak edən şagirdlərə sertifikat təqdim olunub.


Açar sözlər: ,