04.02.2018

Respublika fənn olimpiadasının rayon turu keçirilib

Fevralın 4-də Şəmkir rayonunun N.Gəncəvi, C.Rüstəmov və Ə.Cavad adına tam orta məktəblərində Respublika fənn olimpiadasının birinci–rayon mərhələsi keçirilib. 

Bilik yarışında 1159 nəfər  şagird iştirak edib. 

Respublika fənn olimpiadası riyaziyyat, informatika, fizika, kimya, biologiya, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə IX, X və XI sinif şagirdləri arasında keçirilib. Onlardan 323 nəfəri Azərbaycan dili və ədəbiyyat, 118 nəfəri coğrafiya, 168 nəfəri tarix, 228 nəfəri riyaziyyat, 98 nəfəri kimya, 91 nəfəri fizika, 110 nəfəri biologiya, 23 nəfəri isə informatika fənni üzrə biliklərini sınayıblar.

Rayon mərhələsinin nəticələrinə əsasən, hər fənn və hər sinif üzrə ən azı 60 faiz nəticə göstərən ən yaxşı 3 şagird respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanacaq.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi,  şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım etməkdir.

Sonda cavab kartları xüsusi nəzarət altında komplektləşdirilərək  yoxlanış üçün Təhsil Nazirliyinə göndərilib.


Açar sözlər: ,