Fevralın 2-də Şəmkir Rayon Təhsil Şöbəsi və Şəmkir Heydər Əliyev Mərkəzinin birgə əməkdaşlığı ilə keçirilən “Açıq dərs” layihəsinin növbəti dərsi keçirilib. Dərsin mövzusu "Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu kimi" olub.
Dərsdən əvvəl məktəblilər mərkəzlə tanış olublar. Bu dəfəki dərsdə müəllim qismində Ələmdar Ələkbərov adına Abbaslı kənd tam orta məktəbinin tarix müəllimi Zenfira Əsgərova çıxış edib. Açıq dərsdə Ə.Ələkbərov adına Abbaslı kənd 1 və Abbaslı kənd 2 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər.
Zenfira Əsgərova şagirdlərə ümummilli lider Heydər Əliyevin gördüyü işlər, etdiyi dəyişiklər, müstəqil Azərbaycanın inkişafına verdiyi töhfələr barəsində məlumat verib, məktəblilərlə müzakirələr keçirib.