30.01.2018

"İstedadlı şagird" rubrikasının qonaqları Abbas Qənbərov və Gülcan Gülmuradovadır

“İstedadlı şagird” rubrikasının qonaqları Düyərli kənd 2 saylı tam orta məktəbin şagirdləri Abbas Qənbərov və Gülcan Gülmuradovadır.

Abbas 10-cu, Gülcan 8-ci sinifdə oxuyurlar. Hər iki qonağımız sinif əlaçısı olmaqla yanaşı, həm də yaxşı şeir söyləmək istedadları var. Onların bu istedadını ilk dəfə 5-ci sinifdə oxuyarkən sinif rəhbərləri kəşf edib. Bundan sonra şagirdlərimiz söylədiyi şeirlərlə məktəbli yoldaşlarının və müəllimlərinin sevgisini qazanıblar.

Yaxşı şeir söyləmək üçün şeiri yaşamaq lazım olduğunu bildirən Abbas Qənbərov şeir söyləməkdən həzz aldığın və şeirləri yaxşı söylədiyini düşünür. Abbas gələcəkdə hərbiçi olmaq istəyir.

Gülcan da demək olar ki, eyni fikirdədir. Şeiri yaşamaqla bərabər, həm də yaşatmaq lazım olduğunu bildirən Gülcan şeir deməyin onda çox yaxşı alındığı fikirindədir. Gülcan gələcəkdə həkim olmaq istəyir.

Bugünə qədər hər iki şagirdimiz müxtəlif şeir müsabiqələrində məktəblərini uğurla təmsil edərək, ayr-ayrı mükafatlara layiq görülüblər.

Məktəblilərimiz və fəxrimiz olan şagirdlərimizə bundan sonra da gələcək həyatlarında daima uğurlar arzu edirik. 


Açar sözlər: