19.01.2018

"İstedadlı şagird" rubrikasının qonağı Zilan Qəhrəmanova

“İstedadlı şagird” rubrikasının qonağı Qalib Allahverdiyev adına Şiştəpə kənd tam orta məktəbin 5-ci sinif şagirdi Zilan Qəhrəmanovadır.

Zilan 2007-ci ildə Şəmkir rayonunda anadan olub. İbtidai təhsilini yaşadığı kənddə alan Zilanın həm də yaxşı şeir söyləmək istedadı var. O, birinci sinifdən şeir deməklə məşğuldur. Zilan söylədiyi şeirlərlə məktəbli yoldaşlarının və müəllimlərinin sevgisini qazanıb.

Bugünə qədər Zilan müxtəlif şeir müsabiqələrində məktəbini uğurla təmsil edərək, ayr-ayrı mükafatlara layiq görülüb.

Məktəblimiz və fəxrimiz olan Zilana bundan sonra da gələcək həyatında daima uğurlar arzu edirik. 


Açar sözlər: