İstedadlı şagirdlərə dəstək olmaq məqsədi ilə Şəmkir Rayon Təhsil Şöbəsi tərəfindən “Məktəbin Uğuru” layihəsi çərçivəsində “Məktəbli yazarlar” müsabiqəsi elan edilir.
Müsabiqənin keçirilməsində əsas məqsəd bu sahədə xüsusi istedadı olan şagirdləri kəşf edib, onlara bu bacarıqlarını inkişaf etirməkdə dəstək olmaqdır.
Müsabiqədə rayonun ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər iştirak edə bilərlər. İştirak üçün müxtəlif - vətənpərvərlik, mərhəmət, sevgi, hörmət, təhsil və s. mövzularda yazılmış hekayələr və şeirlər təqdim olunmaldır.
Yazılar 18 yanvar 2018-ci il tarixindən başlayaraq, 1 fevral 2018-ci il tarixinədək rayon təhsil şöbəsinə təqdim edilməlidir. Yazıların yekun qiymətləndirilməsi təşkilatı komitə tərəfindən aparılacaq. İlk ən yaxşı 10 yazı müəllifi ilə görüşün keçiriləcəyi və onlarla bağlı qısa video-çarxın və xatirə kitabının hazırlanması nəzərdə tutulub.
Müsabiqənin əsas şərtləri: