Yanvarın 27-də Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi, Şəmkir Rayon Təhsil Şöbəsi, “Böyük Yol” Gənclər İctimai Birliyi və Şəmkir Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “Sağlam gənclik idmanda” layihəsinə start veriləcək.
Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant müsabiqəsinin qalibi olmuş layihənin əsas məqsədi məktəbli gəncləri zərərli vərdişlərdən uzaqlaşdırılması, asudə vaxtlarında onların sağlam həyat tərzinə uyğunlaşdırılması, onların sağlam yaşamlarında və düşünmələrində idmanın əhəmiyyətini göstərməkdir. Həmçinin gənclərin sağlamlığını qorumaq və bölgəmizdə peşəkar idmançıların sayını artırmaqdır.
Layihənin açılış mərasimi 27 yanvar 2018-ci il tarixində saat 10:00-da Şəmkir Olimpiya Kompleksində baş tutacaq.
Qeyd edək ki, turnirdə Şəmkir rayonunda yerləşən 6 tam orta məktəbin komandaları mübarizə aparacaq.