09.11.2017

Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib

Şəmkir Rayon Təhsil Şöbəsini təşkilatçılığı ilə Mədəniyyət evində 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.  Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, təhsil şöbəsini əməkdaşları, icra hakimiyyətinin nümayəndələri, rayon rəsmiləri, məktəblərin pedaqoji və şagird kollektivləri iştirak ediblər. Rayon tədbirinə Silahlı Qüvvələrin və Sərhəd Qoşunlarının bir qrup əsgər və zabitləri də dəvət olunublar.

Tədbirin əvvəlində qonaqlar şagirdlərin əl işlərindən təşkil olunmuş sərgi ilə tanış olublar.

Tədbir aparıcıları giriş sözü ilə çıxış edərək bildiriblər ki, üçrəngli bayrağın dövlət rəmzi kimi bərpası təşəbbüsünü ilk dəfə Heydər Əliyev tərəfindən irəli sürüb. Heydər Əliyevin siyasi kursunun davamçısı prezident İlham Əliyevin Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsi barədə sərəncamı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Əhməd Cavad, Məhəmməd Füzuli, Nizami Gəncəvi adına şəhər, Şiştəpə, Düyərli kənd tam orta məktəblərinin şagirdləri mahnılar, şeirlər və bədii kompozisiyalar ilə çıxış ediblər. Tədbirdə rayon Musiqi məktəbinin şagirdləri və 4 saylı Uşaq Bağcasının körpə fidanları öz nömrələri ilə tədbirə rəng qatıblar. Məktəblilər vətənpərvərlik ruhunda şeirlər söyləyib, mahnılar oxuyublar. 


Açar sözlər: ,