06.11.2017

Bayraq Günü ilə əlaqədar Dövlət Bayrağı Muzeyinə ekskursiya təşkil edilib

Şəmkir rayon ümumi təhsil müəssisələrinin şagird və müəllimlərinin iştirakı ilə Bayraq Muzeyinə ekskursiyalar təşkil edilib.

Ekskursiyanın məqsədi məktəbliləri Azərbaycan Respubikasının dövlətçilik tarixi və ənənələri, dövlət rəmzləri ilə bağlı daha dərindən məlumatlandırmaqdır.

Muzey bələdçisi eksponatlar haqqında ətraflı məlumat verərək bildirib ki, muzeyin xarici vitrajları şüşə paketdən hazırlanmışdır. İkimərtəbəli binada Azərbaycanın qədim və müasir tarixinə dair maraqlı eksponatlar toplanmışdır. Səkkizguşəli ulduz formasında yaradılan Muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa edilmiş bayraqları, həmçinin bayraqların uc elementləri, gerblər sərgilənir. Bundan əlavə, burada orden və medallar, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranmasını, formalaşmasını və inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar və sənədlər, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri də nümayiş olunur.

Qeyd edək ki, Şəmkir Dövlət Bayrağı Muzeyinə məktəblilərin ekskursiyası silsilə şəkildə 9 noyabr tarixindək davam etdiriləcək.


Açar sözlər: