03.11.2017

Məktəb psixoloqu "Stress və onun idarə olunması" mövzusunda təlim keçirib

Noyabrın 3-də Şəmkir rayon Heydər Əliyev Mərkəzində Gənc Müəllimər Birliyinin üzvü, Faiq Ələkbərov adına Xanallar  kənd tam orta məktəbin psixoloqu Tərlan Muxtarova  “Stress və onun idarə olunması” mövzusunda təlim keçib. Təlimdə məktəb psixoloqları, müəllim və şagirdlər, eləcə də mövzuyla maraqlanan digər şəxslər iştirak ediblər.

Tədbirin giriş hissəsində məktəb psixoloqu Tərlan Muxtarova çıxış edərək bildirib ki: “cəmiyyətin hər sahəsində stress əlamətləri müşahidə olunmaqdadır. Bir çox qrumlarda məhsuldarlığın kəskin şəkildə aşağı düşməsinin, idarəetmənin çətinləşməsinin səbəbi məhz odur. Ancaq, stressi idarə etmək mümkündür. Unutmayın ki, həyatımıza təsir edən ətrafımızda baş verənlər deyil. Bizim həyatımıza təsir edən şey, bizim ətrafda baş verənlərə olan reaksiyamızdır!”

Tədbirdə iştirakçılar üçün “stress testi”, “stressdən azad olmanın texnikaları” haqqında danışılıb, stress zamanı onun idarə olunmasının yolları izah olunub.  

Tədbirin sonunda iştirakçılara məlumat və maarifləndirici xarakterli qısa film nümayiş olunub.Tədbirin keçirilməsində məqsəd gənc nəslin və valideynlərin məlumatlandırılması, yeniyetmələr arasında sağlam həyat tərzi və bununla bağlı aparılan maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir.


Açar sözlər: ,