Noyabrın 2-də Qalib Allahverdiyev adına Şiştəpə kənd tam orta məktəbdə “Gənc Müəllimlər Birliyi”nin təşəbbüsü ilə tarix fənnindən “Manna dövləti” mövzusunda "açıq dərs” keçirilib. Dərs tarix müəllimi Gülnar İbadullayeva tərəfindən aparılıb. Gülnar müəllim bu il Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu imtahanında 57 balla rayon üzrə ən yüksək nəticəni əldə edib.
Açıq dərsdə şagirdlər 4 qrupa bölünüb. Müəllim dərs müddətində dərslik, marker, iş vərəqələri, internetdən istifadə edərək şagirdlərin fəallığının artırılmasını, tarix və qədim dövlətçilik ənənələrinin şüurlu surətdə dərk edilməsini ən vacib hal kimi diqqət mərkəzində saxlayıb.
"Açıq dərs" diskussiya şəklində başa çatıb. Şagirdlərin bilik səviyyəsi qrup şəkilində qiymətləndirilib. Sonda keçirilən "açıq dərs" müzakirə olunub.
Qeyd edək ki, “açıq dərsdə” Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, Təhsil Şöbəsinin müdiri Məcid Şıxlınski, "Gənc Müəllimlər Birliyi"nin sədri Xəyal Nəsibov, məktəbin dirketoru Firuzə İmanova və Aparatın əməkdaşları iştirak ediblər. Qonaqlar çıxış edərək "açıq dərs"in yaxşı təşkil olunduğunu və şagirdlərin tarix fənnindən yüksək bilik nümayiş etdirdiklərini bildiriblər.
Dərsin sonunda Rayon İcra Hakimiyyətinin başçısı şagirdlərlə xatirə şəkli çəkdirib.