27.10.2017

"Təhsildə yeni qiymətləndirmə bacarıqlarının inkişaf etdirilməsi" layihəsinin seçim prosesi başlayıb

“Təhsildə yeni qiymətləndirmənin tətbiqi sahəsində müəllimlərin hazırlıq səviyyəsinin və yardımçı bacarıqlarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində müəllimlərin (iştirakçıların) seçimi prosesinə artıq başlanılıb.

Layihə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində həyata keçirilir və layihənin keçirilməsində əsas məqsəd müasir kurrikulumun və yeni qiymətləndirmə sisteminin tətbiqi sahəsində müəllimlərin hazırlıq və peşəkarlıq səviyyəsinin artırılması nəticəsində təhsildə müsbət dəyişikliklərin əldə olunmasına nail olmaqdır.

İştirakçıların seçimi prosesi elektron müraciətlər əsasında həyata keçiriləcək və layihədə iştirak etmək istəyən Şəmkirli müəllimlər elektron ərizə formalarını Şəmkir Təhsil şöbəsinin rəsmi facebook səhifəsinə daxil olaraq göndərə bilərlər.

Qeyd edək ki, layihə çərçivəsində seçilmiş müəllimlər mərhələli şəkildə “Müasir kurrikulumun tələblərinə uyğun yeni qiymətləndirmə sisteminin tətbiqi”, “Tənqidi təfəkkürün müasir kurrikulumda tətbiqi və qiymətləndirmə metodologiyası”mövzularında və “Yardımçı bacarıqların inkişaf etdirilməsi” üzrə təlimlərdə iştirak etmək hüququ qazanacaqlar.

İştirak etmək istəyənlər linkdəki http://bit.ly/2yQ9jJQ elektron ərizəni doldurmalıdır. Müraciətlər üçün son tarix 5 noyabr 2017-ci ildir.


Açar sözlər: