26.10.2017

"Məktəb və ailədə tərbiyə işinin təşkili" mövzusunda seminar keçirilib

Oktyabrın 26-da Zəyəm qəsəbə Səlahəddin Məmmədov adına tam orta məktəbdə Gənc Müəllimlər Birliyinin (GMB) üzvü, məktəb psixoloqu Xəyalə Qafarovanın təşəbbüsü ilə “Məktəb və ailədə tərbiyə işinin təşkili” mövzusunda seminar keçirilib. Seminarda məktəbin müəllimləri, valideyinlər və GMB üzvləri iştirak ediblər.

Seminarın keçiriliməsində məqsəd məktəbdə təhsil alan şagirdlərin təlim və tərbiyəsində müəllim-valideyn rolunun və əlaqələrinin vacibliyini, istifadə olunan metodların faydalılığını iştirakçılara çatdırmaqdan ibarətdir.

Seminarda məktəb və ailədə tərbiyə işinin əsas konsepsiyası və modelləri haqqında danışılıb. Məktəb yaşı dövründə şəxsiyyətin formalaşmasının psixoloji şərtləri, şagidlərlə aparılan tərbiyəvi işlərin mühüm yolları və gənc nəslin tərbiyəsində ailənin rolu müzakirə olunub.

Çıxış edən GMB sədri Xəyal Nəsibov, valideynlərin bu məsələdə əsaslı mövqeyinin olduğunu bildirərək, məsələnin həlli üçün daim valideyn komitələri ilə fəal işləyib, tez-tez onlarla görüşlərin keçirilməsini təklif edib.

Tədbirin sonunda iştirakçılara məlumat və maarifləndirici xarakterli qısa film nümayiş olunub.


Açar sözlər: ,