Şəmkir rayon Nizami Gəncəvi adına tam orta məktəbdə Təhsil Nazirliyinin təşəbbüsü ilə “Həmkardan həmkara dəstək” layihəsinə start verilib.
Təlimlərin keçirilməsində əsas məqsəd diaqnostik qiymətləndirmə zamanı yüksək nəticə əldə etmiş müəllimləri təlimçi kimi yetişdirərək zəif nəticə göstərmiş həmkarlarına gələcəkdə təlim keçməklə onların peşəkarlıqlarının artırılmasına dəstək olmaqdır.
Layihəyə ilkin mərhələdə Azərbaycan dili və riyaziyyat fənləri üzrə 20 müəllimin cəlb edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, layihə çərçivəsində təlimlər 2 həftə ərzində, həftənin şənbə və baza günləri olmaqla, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) təlimçiləri tərəfindən keçiriləcək. Sonrakı mərhələdə hazırlanmış təlimçilər aşağı nəticə göstərmiş digər müəllim yoldaşlarına təlimlər keçəcəklər.