Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci ildə elan etdiyi 2-ci maliyyə yardımı müsabiqəsinin nəticələrinə əsasən, “Azərbaycançılıq və hərb tariximiz” mövzusunda qərb regionunun məktəbliləri arasında gerçəkləşən Nə? Harda? Nə zaman? intellektual yarışmasının final mərhələsi baş tutub.
Layihə Synergy Fond, “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin təşkilati dəstəyilə həyata keçirilib. Layihə çərçivəsində Gədəbəy, Naftalan, Samux və Şəmkir rayon məktəblərindən qalib olan 2 komanda, ümumilikdə 8 komanda və hər komandadan 6 iştirakçı mübarizə aparıb.
Yarışın yekunlarına əsasən Şəmkir rayon Əhməd Cavad adına tam orta məktəbin “Fateh” komandası I, Gədəbəy rayonunun “Şahinlər” komandası II, Gədəbəy rayonunun “Gold 21” komandası isə III yerin qalibi olub.
Qeyd edək ki, ilk 3 yerin qalibləri sertifikat, qalib komanda isə sertifikat və kubokla təltif olunublar.