Oktyabrın 5-də "Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq mərkəzində rayonun gənc müəllimləri ilə görüş keçirilib.
Tədbirdə bu il Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müəllimlərin işə qəbulu imtahanında iştirak edərək Şəmkir rayonunun ümumi təhsil müəssisələrində işlə təmin olunan gənc müəllimlər iştirak ediblər.
Görüşdə Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, Şəmkir rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlınski, Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov, Zəka Gənclər Mərkəzinin direktoru Ramin Cəfərov, Gənc Müəllimlər Birliyinin idarə heyəti və rayonun aktiv gəncləri iştirak edib.
Çıxış edən natiqlər son illərdə təhsildə əldə olunan naliyyətlərdən və qazanılan uğurlardan danışıblar. Həmçinin, bu il qəbul imtahanında yüksək bal toplayan tələbələrin adları vurğulanıb. Təhsil Nazirliyinin elan etdiyi qrant müsabiqəsinin qalibləri çıxış edərək bu layihələrin Şəmkir təhsilinə verəcəyi töhvələrdən danışıblar.
Görüşün sonunda Gənc Müəllimlər Birliyinin yeni idarə heyəti tədbir iştirakçılarına təqdim olunub.