04.10.2017

"Mənim müəllimim" inşa yazı müsabiqəsinin final mərhələsi keçirilib

Oktyabrın 4-də Şəmkir rayon Nizami Gəncəvi adına tam orta məktəbdə “Mənim müəllimim” inşa yazı müsabiqəsinin ikinci (rayon) mərhələsi keçirilib.

Şəmkir rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən müsabiqənin əsas məqsədi məktəblərdəki istedadlı şagirdləri üzə çıxarmaq, müəllim peşəsinin dəyərini şagirdlərin dilindən ifadə olunmasını təcəssüm etdirmək, müəllimlərə olan sevgini təbliğ etməklə şagirdlərin yazı qabiliyyətlərini inkişaf etdirmək, bu istiqamətdə istedadlı şagirdlərin aşkara çıxarılmasından ibarətdir.

Məktəb üzrə birinci mərhələdə seçilmiş şagirdlərin iştirakı ilə keçirilən final mərhələsində 67 şagird iştirak edib. Şagirdər müsabiqədə ayrı-ayrı məktəblər üzrə təmsil olunurlar.

Müsabiqənin yekun nəticəsi 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü tədbrində açıqlanacaq.


Açar sözlər: ,