Şəmkir Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Məktəbin Uğuru” layihəsinin seçim mərhələsi başlayıb.
Layihə Şəmkir rayon İcra Hakimiyyətinin Təhsil Şöbəsi ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Layihənin əsas məqsədi istedadlı şagirdləri müəyyən etmək, onlara özünə inamı qazandırmaqda kömək etmək, təhsilalana ahəngdar özünü gerçəkləşdirmə imkanları yaratmaq və cəmiyyətdə məktəb həyatını maraqlı, unudulmaz və faydalı etməkdən ibarətdir.
Layihəyə ilk mərhələdə rayon üzrə seçilmiş şəhər və yaxın kənd məktəbləri daxil edilib. Cəlb olunan məktəblər əlverişli yol xəritəsinə uyğun olaraq müəyyənləşdirilib.
Layihə çərivəsində şagirdlər və müəllimlər müasir təhsil elementləri ilə bağlı təlimlərə cəlb olunacaq, onlarla maraqlı festivallar, intllektual bilik yarışları aktual mövzu ətrafında müzakirələr təşkil olunacaq. Layihədə iştirak edən məktəblilər üçün peşəkarlardan təlim alma imkanları yaradılacaq.
“Məktəbin Uğuru” layihəsi üzrə hər məktəbdən 1 nəfər müəllim əsas, 2 nəfər şagird köməkçi olmaqla 3 nümayəndə seçiləcək.
Əhməd Cavad adına rayon tam orta məktəbdə keçirilən seçim turunda iştirak edən şagirdlərin ayrı-ayrılıqda sorğuları qəbul edilib. Hər bir şagirdin xüsusi istedadını əks etdirən müəyyən bacarıqları münsiflər heyəti tərəfindən qeydiyyata alınıb. Bu cür qeydiyyat “Məktəbin Uğuru” layihəsində iştirak edən məktəblilərdən ibarət istedad bazasını formalaşdırmaq üçün nəzərdə tutulub.
Şeçim turunda iştirak edən şagirdlər arasında 1-i qız, 2-si oğlan olmaqla 3 şagird “Məktəbin Uğuru”nda təmsil olunmaq üçün seçilib.