27.09.2017

"Mənim müəllimim" adlı inşa yazı müsabiqəsinə start verilib

5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə "Mənim müəllimim" adlı inşa yazı müsabiqəsinə start verilib.

Şəmkir rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən müsabiqənin əsas məqsədi məktəblərdəki istedadlı şagirdləri üzə çıxarmaq, müəllim peşəsinin dəyərini şagirdlərin dilindən ifadə olunmasını təcəssüm etdirmək, müəllimlərə olan sevgini təbliğ etməklə şagirdlərin yazı qabiliyyətlərini inkişaf etdirmək, bu istiqamətdə istedadlı şagirdlərin aşkara çıxarılmasından ibarətdir.

“Mənim müəllimim” inşa yazı müsabiqəsi Azərbaycan dilində 2 yaş (VIII - IX, X - XI sinif) qrupu üzrə iki mərhələdə keçiriləcək. İnşa yazıdakı sözlərin sayı birinci yaş qrupunda 200-dən, ikinci yaş qrupunda  250- dən çox olmamalıdır.

Layihəyə daxil olan ümumi təhsil məktəblərinin şagirdləri müəllim haqqında düşüncələrini əks etdirən inşa yazılarını hazırlayaraq sentyabrın 29-dək təhsil aldıqları məktəbə təqdim edirlər. Hər bir məktəb üzrə seçilən inşa müsabiqəyə daxil olur və rayon mərhələsində iştirak edir.

Qeyd edək ki, müsabiqənin rayon mərhələsində münsiflər heyəti tərəfindən dəyərləndirmə əsasında ilk 3 yerin qalibi müəyyənləşdiriləcək. Qaliblər Şəmkir Rayon Təhsil Şöbəsi tərəfindən diplom və  hədiyyələrlə mükafatlandırılacaq. I yerə layiq görülmüş inşa müəllimlər gününə həsr olunmuş yığıncaqda səsləndiriləcək.

Müsabiqənin əsasnaməsi ilə göstərilən linkdə http://shamkir.edu.gov.az/az/page/14770/32311  tanış ola bilərsiz. 


Açar sözlər: ,