22.09.2017

Təhsil Nazirliyinin əməkdaşları regionlarda çalışan müəllimləri qəbul edib

Senytabrın 22-də təhsil nazirliyinin əməkdaşları Şəmkir rayonundakı Nizami Gəncəvi adına tam orta məktəbdə Şəmkir, Daşkəsən Gədəbəy rayonlarında çalışan müəlliməri qəbul ediblər.

Qəbulda Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin sektor müdiri Rasim Məmmədov, 7 saylı ərazi maliyyə hesablaşma idarəsinin və rayon təhsil şöbələrinin rəhbər və kadrlar üzrə məsul şəxsləri iştirak ediblər.

Qəbulda vətəndaşlar əsasən, müəllimlərin yerdəyişməsi və işə qəbulu, diaqnostik qiymətləndirməyə uyğun dərs bölgüsü, təhsil sənədinin tanınması və  digər məsələlərlə əlaqədar müraciət ediblər.

Qəbulda vətəndaşların müraciəti dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar göndərilib.


Açar sözlər: ,