22.06.2017

Xüsusi istedada mailk uşaqların vaxtından əvvəl I sinifə sənəd qəbulu başlayıb

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17 iyul 2013-cü il tarixli 739 nömrəli əmri ilə təsdiq olunmuş “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinifə qəbulu” Qaydalarına və Azərbaycan Respublikası  Təhsil Nazirinin 3 mart 2017-ci il tarixli 128 nömrəli əmri ilə “ Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinifə qəbulu” Qaydaların”da dəyişiklik edilməsi ilə bağlı verilmiş əmrləri əsas tutaraq, 6 yaşı 16 sentyabr–31 dekabr tarixlərində tamam olan xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinifə qəbulu ilə bağlı olaraq Şəmkir Rayon Təhsil Şöbəsində komissiya yaradılıb.

Uşaqların vaxtından əvvəl I sinifə qəbulu məsələsinə bilavasitə onların valideyinlərinin ərizələri və habelə ümumi təhsil müəssisələrinin təqdimatları iyun ayının 22-dən, iyul ayının 20-ə qədər Şəmkir RTŞ-də qeydiyyata alınır.

Qeyd edək ki, xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinifə qəbul üçün seçimlər avqust ayının 10-a qədər Şəmkir RTŞ-də həyata keçiriləcəkdir.


Açar sözlər: