14.06.2017

İcma üzvləri üçün keçirilən ingilis dili kursunun birinci mərhələsi başa çatıb

Təhsil Nazirliyi və “British Council” təşkilatının birgə əməkdaşlığı, BP və onun Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihəsindəki tərəfdaşları tərəfindən maliyyələşdirilən “İcmalar üçün ingilis dili” layihəsi çərçivəsində icma üzvləri üçün olan kursun birinci mərhələsi başa çatıb.

İlkin mərhələdə, icma üzvlərinə 120 saatlıq ingilis dili dərsi tədris olunub. Layihənin birinci mərhələsi  7 ay ( avqust 2016 - mart 2017 ) davam edib. 

Şəmkir rayon Zəyəm qəsəbə S. Məmmədov adına tam orta məktəbin ingilis dili müəllimi və həmçinin həmin icma üzvlərinə ingilis dilini tədris edən Mehtiyeva Vüsalə bildirib ki, icma üzvləri layihənin birinci mərhələsini uğurla başa vurduqları üçün onlara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, bu ilin sentyabr ayından layihənin həmin icma üzvlərinə ikinci mərhələsi başlayacaq. İkinci mərhələnin başlanğıcında əlavə olaraq layihəyə cəlb olunanların sayının artırılması və yeni qrupun yaradılması nəzərdə tutulub.