2016-2017-ci tədris ilində Şəmkir rayonu üzrə ümumi təhsil məktəblərinin IX sinfini 2464, XI sinfini 2026 şagird bitirəcək.
Eyni zamanda bu il rayonda 3825 uşaq 1-ci sinifi bitirir. Növbəti tədris ilində isə 3900 uşağın məktəbli olacağı gözlənilir.
Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, "Son zəng" tədbiri iyunun 14-də yalnız ümumi təhsil müəssisələrinin ərazisində təşkil olunur.
Məzunları təbrik edir, onlara gələcək həyatlarında və təhsillərində uğurlar arzulayırıq.