12.06.2017

Məktəblimiz bölgə məktəbliləri adından etdiyi çıxışa görə diplomla təltif olunub.

Orxan Yusifov 2000-ci ildə Şəmkir rayonunda anadan olub. Hazırda Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbinin 11-ci sinifində oxuyur. Dərs əlaçısıdır.

O, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Milli Məclis və UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin təşkilatçılığı ilə “Mənim səsim – mənim hüquqlarım: Parlament müzakirəsi” mövzusunda keçirilən tədbirdə iştirak edib.

Milli Məclisdə keçirilən uşaqlarla bağlı Azərbaycan Respublikasının IV Forumunda Orxan Yusifov “Asudə vaxt bizim üçün dəyərlidir” mövzusunda respublikanın bütün bölgə məktəbliləri adından etdiyi uğurlu çıxışına görə diplomla təltif olunub.

Orxan, məktəbinin və komitənin il ərzində təşkil etdiyi tədbir və layihələrdə fəal iştirak edir. O, hazırda abituriyentdir və onun ən böyük arzusu ali təhsil almaq və dövlət idarəçiliyində çalışıb vətəninə və xalqına faydalı vətəndaş ola bilməkdir.


Açar sözlər: