09.06.2017

Müəllimlərin yerdəyişməsi tam elektronlaşdırılmış qaydada həyata keçirilib

Bu il Təhsil Nazirliyi tərəfindən təşkil olunan müəllimlərin yerdəyişməsi tam elektronlaşdırılmış qaydada həyata keçirilib.

Müsabiqədə Şəmkir rayon Yeniabad kənd tam orta məktəbin ibtidai sinif müəllimi Şəlalə Əliyeva da iştirak edib. Yerdəyişmə nəticəsində Çinarlı qəsəbə 1 nömrəli tam orta məktəbə yerləşdirilən Şəlalə Əliyeva təəssüratlarını bizimlə paylaşıb:

- Şəmkir rayonu, Yeniabad kənd tam orta məktəbində işləyirdim. Özüm Seyfəli kəndində yaşayıram. 2 körpə övladım olduğuna görə məktəbə gedib-gəlməkdə çətinlik çəkirdim. Yollarda vaxt itkisi ilə üzləşirdim. Bu səbəbdən Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin iş yerinin dəyişdirilməsi ilə bağlı müsabiqəyə sənədlərimi təqdim etdim. Şükürlər olsun ki, nazirlik məsələni tam obyektiv araşdırdı və mənim iş yerimi yaşadığım ünvana - N.Süleymanov adına Çinarlı 1 nömrəli tam orta məktəbə dəyişdi. 

Nəzərə çatdırım ki, diaqnostik qiymətləndirmədə də kifayət qədər yüksək - 51 bal toplamışam. Bu, müsabiqədə xüsusilə nəzərə alınırdı. Mən Prezidentimiz İlham Əliyev cənablarına minnətdaram. Çox sağ olsunlar ki, biz müəllimlərə, gənclərə belə şərait yaradırlar. Mən də söz verirəm ki, dövlətimizin mənə göstərdiyi etimadı doğruldacağam.


Açar sözlər: ,