01.06.2017

"1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü" tədbiri keçirilib

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şəmkir Şəhər Parkında təntənəli bayram tədbiri keçirilib. Rayon İcra Hakimiyyəti, Təhsil və Mədəniyyət şöbələri tərəfindən təşkil edilmiş tədbirdə İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da iştirak edib.

"Uşaqların Beynəlxalq Müdafiəsi Gün” adlı tədbirdə uşaq bağçası – körpələr evinin balaca fidanlarının və rayon məktəblilərinin ifasında rəngarəng musiqi nömrələri, vətənpərvərlik mövzusunda hazırlanmış ədəbi kompozisiyalar nümayiş olunub.

Açıq havada davam edən tədbirdə Şəmkirdə yerləşən N saylı hərbi hissənin ailəli əsgərləri də balacaların qonağı olublar. Şəmkirlilər adından ailəli əsgərlərin övladları üçün bayram hədiyyələri təqdim edilib.

Məktəblilərin iştirakı ilə davam edən əyləncəvi bayram şənliyində, Zəyəm-Cırdaxan və Şiştəpə kənd tam orta məktəblərinin şagirdləri tərəfindən xor, rəqs və solo ifa nümunəsi göstərilib.

Sonda İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək,  uşaqları "1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə təbrik edib, onlara can sağlığı, firəvan həyat, bol naliyyətlər və yaradıcılıq uğurları arzulayıb.


Açar sözlər: ,