27.05.2017

28 May Respublika Gününə həsr edilmiş bayram tədbiri keçirilib

Mayın 27-də Şəmkir Heydər Əliyev Mərkəzində Şəmkir rayon Təhsil Şöbəsinin təşkilatçılığı və Şəmkir Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə 28 May Respublika Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Şəmkir rayon İcra Hakimiyyəti aparatının əməkdaşları və Təhsil Şöbəsinin müəllim və şagird kollektivi iştirak edib.

Tədbiri Əhməd Cavad adına tam orta məktəbin tarix müəllimi Dilbər İslamzadə giriş nitqi ilə açaraq, şərqdə yaranan ilk demokratik dövlət olan Azərbaycan Xalq Cumhuriyyəti, onun Azərbaycan tarixində tutduğu əhəmiyyətli yer haqqında iştirakçılara məlumat verib.

Sərdar Məmmədov adına Zəyəm-Cırdaxan 1 saylı tam orta məktəbin müəllimi Lamiyə Məmmədovanın aparıcılığı ilə keçən tədbirdə Əhməd Cavad, Cahangir Rüstəmov və Sərdar Məmmədov adına Zəyəm-Cırdaxan 1 saylı tam orta məktəblərin şagirdləri çıxışlar ediblər .

Tədbir daha sonra məktəblilərin ifasında konsert proqramı ilə davam etdirilib.


Açar sözlər: