31.05.2017

"Şəmkir" komandası intellektual oyun üzrə region qalibi olub

Təhsil Nazirliyinin təşkilatçılığı və Azərbaycan İntellektual Klublar Assosiasiyasının dəstəyi ilə Şəmkir rayon “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində “İslam Həmrəyliyi İli”nə həsr olunmuş intellektual oyun üzrə 2017-ci ilin regional məktəb çempionatı keçirilib.

Çempionatın keçirilməsində əsas məqsəd gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına təkan vermək, eləcə də yüksək yaradıcılıq qabiliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gənclərin aşkara çıxarılması, daha çox məktəblinin intellektual fəaliyyətə cəlb olunması, onların asudə vaxtının səmərəli təşkilini təmin etməkdən ibarətdir.

Çempionatda Şəmkir, Tovuz, Gədəbəy, Qazax, Ağstafa, Samux, Göygöl, Daşkəsən rayonlarının  komandaları iştirak edib.

Yarışda komandalara hər raundda 12 sual olmaqla ümumilikdə 36 sual təqdim edilib.

Şəmkir rayonunun VIII-IX sinif şagirdlərindən təşkil olunmuş "Şəmkir" komandası region üzrə çempionatın qalibi adına layiq görülüb.

Qalib komanda Təhsil Nazirliyinin kubok və medalları, həmçinin Nar Mobile şirkətinin qiymətli hədiyyələri ilə təltif olunub.


Açar sözlər: ,