25.05.2017

"Məktəbin Uğuru" layihəsinə start verilib

Şəmkir Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Məktəbin Uğuru” layihəsinə start verilib.

Layihə Şəmkir rayon İcra Hakimiyyətinin Təhsil Şöbəsi ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Layihənin əsas məqsədi istedadlı şagirdləri müəyyən etmək, onlara özünə inamı qazandırmaqda kömək etmək, təhsilalana ahəngdar özünü gerçəkləşdirmə imkanları yaratmaq və cəmiyyətdə məktəb həyatını maraqlı, unudulmaz və faydalı etməkdən ibarətdir.

Layihəyə ilk mərhələdə rayon üzrə seçilmiş şəhər və yaxın kənd məktəbləri daxil edilib. Cəlb olunan məktəblər əlverişli yol xəritəsinə uyğun olaraq müəyyənləşdirilib.

Layihə çərivəsində şagirdlər və müəllimlər müasir təhsil elementləri ilə bağlı təlimlərə cəlb olunacaq, onlarla maraqlı festivallar, intllektual bilik yarışları aktual mövzu ətrafında müzakirələr təşkil olunacaq. Layihədə iştirak edən məktəblilər üçün peşəkarlardan təlim alma imkanları yaradılacaq.

“Məktəbin Uğuru” layihəsi üzrə hər məktəbdən 1 nəfər müəllim əsas, 2 nəfər şagird köməkçi olmaqla 3 nümayəndə seçiləcək. Müraciət onlayn fomada aparılır və təqdim olunan anketi dolduraraq müəllim və ya şagird həmin sorğunu Rayon Təhsil Şöbəsinə göndərmiş olur. Müraciətin sonunda qiymətləndirmə nəticələrinə əsasən, seçilmiş namizədlər “Məktəbin Uğuru” layihəsinin nümayəndələri təyin ediləcəklər. Layihə iştirakçıları məktəblərinin uğurunu təmsil edə biləcək istedadlı şagirdlərin aşkarlanmasında vasitəçi olacaqlar. RTŞ tərəfindən məktəblərdə təlim xarakterli keçirilən monitorinqlərdə şagirdlərin və məktəb heyəti üzvlərinin layihə ilə bağlı təklifləri öyrəniləcək. Bundan sonra layihəni genişləndirmək üçün addımlar davam etdiriləcək. Təşəbbüs məktəblərdən, dəstək Rayon İcra Hakimiyyəti və Təhsil Şöbəsi tərəfindən həyata keçiriləcək.

Qeydiyyatdan keçmək üçün anketi doldurmanız xahiş olunur.

Müəllimlər: https://goo.gl/foQz7v

Şagirdlər:   https://goo.gl/FCcEiS  linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.