24.05.2017

"28 May- Respublika Günü"nə həs olunmuş bilik yarışı keçirilib

Mayın 24-də Sərdar Məmmədov adına Zəyəm-Cırdaxan kənd tam orta məktəbdə “28 May- Respublika Günü” nə həsr olunmuş intellektual bilik yarışı keçirilib.

Dövlət himninin səsləndirilməsindən sonra çıxış edən Gənc Müəllimlər Birliyinin sədri Xəyal Nəsibov bildirib ki, Gənc Müəllimlər Birliyinin və Zəyəm-Cırdaxan kənd 1 saylı tam orta məktəbin təşkilatçılığı ilə həyata keçirilən yarış Azərbaycan xalqının şanlı tarixinin öyrənilməsi, onun yeni nəsil arasında təbliği, eyni zamanda, gənclərin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədi daşıyır.

Yarışda rayonun Zəyəm-Cırdaxan kənd 1 və 2 saylı  ümumtəhsil məktəblərində təhsil alan 36 nəfər şagird iştirak edib. Ümumilikdə 6 komandanın hər biri 6 iştirakçı ilə təmsil olunub.

Yarış iki turda keçirilib və hər turda Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə və eləcə də ümumi intellektə aid 10 sual səsləndirilib.

Yarışda Sərdar Məmmədov adına Zəyəm-Cırdaxan kənd tam orta məktəbin “Zəkalar” adlı komandası digər 5 komandanı üstələyərək qalib gəlib.

Sonda yarış təşkilaçıları qalib komandalar ilə birlikdə xatirə şəkli çəkdiriblər.


Açar sözlər: ,